İxtisaslar
Hazırda fakültədə 3 ixtisas üzrə bakalavr, 5 ixtisas üzrə magistr hazırlıgı aparılır.
Bakalavr hazırlıqı üzrə:
1.Geologiya və geofizika mühəndisliyi
2.Mədən mühəndisliyi
3.Geologiya
Magistr hazırlıqı üzrə:
1.Geologiya
2.Geologiya mühəndisliyi
3.Hidrogeologiya mühəndisliyi
4.Geofizika mühəndisliyi
5.Dağ-mədən mühəndisliyi
Kafedralar
Fakültə tərkibində 3 kafedra fəaliyyət göstərir :
1.”Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi” kafedrası
(kafedra müdiri— dos. Zərifə Əfəndiyeva )
2.”Neft-qaz geologiyası” kafedrası
(kafedra müdiri—dos.Xuraman Muxtarova )
3”Geofizika”kafedrası
(kafedra müdiri—prof.Vaqif Seyidov)
Gkf-nin əməkdaşları
Professor-müəllim heyəti: 1 akademik (məsləhətçi professor), 1 AMEA-nın müxbir üzvü (məsləhətçi professor), 2 məsləhətçi professor, 2 professor, 34 dosent, 2 baş müəllim, 11 assistent və 1 müəllim;
Fakültənin yaranması və inkişafında yaradıcılıq təşəbbüskarlığı göstərmiş alim və pedaqoqlardan professor N.A.Preobrajenskini, Ş.A.Əzizbəyovu, H.Ə.Əhmədovu, Ş.F.Mehdiyevi, Q.Ə.Əlizadəni, professorlar F.M.Bağırzadəni, T.Ə.Məmmədovu, R.Ə. Abdullayevi, S.Y.Litvinovu, H.C.Cəfərovu, İ.S.Mustafayevi, P.Z. Məmmədovu, B.Ə.Bağırovu, Ş.A.Pənahini, Ç.M.Xəlifəzadəni, N.V. Məmmədovu, A.M.Ağayevi, N.R Nərimanovu, müasirlərdən professorlar T.R.Əhmədovu, V.M.Seyidovu, dosentlərdən R.T.İsmayılovu, , E.H.İskəndərovu, R.S.Rzayevanı, İ.Ə.Məmmədovu və b. göstərmək olar.
Fakültədə dekan vəzifəsini ardıcıl olaraq müxtəlif dövrlərdə professor S.M. Romanov, professor M.F. Mirçink, professor L.D. Kozin, dosentlər Ş.A. Əzizbəyov, M.F.Süleymanov, M.S. Babayev, V.F.Kireyev, professor V.Y.Kərimov, dosent Z.S. Hacızadə, professor H.M.Hüseynov, dosent M.M. Abbasov, professor V.Q. Qurbanov, dosentlər M.S. Babayev və N.R. Nərimanov icra etmişlər. 2017-ci ildən isə dosent Naməd Paşayev dekan vəzifəsində çalışır.
1970-ci ildən “Geoloji kəşfiyyat” fakültəsində xarici ölkə vətəndaşlarının hazırlığı həyata keçirilir.
Bu illər ərzində dünyanın bir çox dövlətləri, o cümlədən Avropa dövlətləri, Kolumbiya, Peru, Kuba, İraq, Hindistan, Əfqanıstan, Sudan, Vyetnam, Meksika, Həbəşistan, Yəmən, Madaqaskar, Livan, Qvineya-Bisau, Türkiyə və İran dövlətləri üçün yüksək ixtisaslı mütəxəssis hazırlığı həyata keçirilmişdir.
Hazirda fakültədə müasir tələblərə cavab verən beş ixtisas üzrə milli kadr hazırlığı ilə yanaşı həm də Türkiyə , Çin, Türkmənistan, Qazağıstan , Rusiya və s. ölkələr üçün də mütəxəssis hazırlığı aparılır.
2016- cı ildə yaranmış zərurətdən Ümümi, tarixi geologiya və hidrogeologiya kafedrası və Mineralogiya, petroqrafiya və litologiya kafedraları birləşdirilərək onların bazasında Faydalı qazıntı yataqlarının geologiyası və içlənməsi kafedrası yaradılmışdır. Kafedra müdiri dos. Zərifə Əfəndiyeva
Geoloji Kəşfiyyat fakultəsinin dekanı Paşayev Naməd Vəliş oğlu
1961-ci il sentyabrın15–də Qərbi Azərbaycanda anadan olub.1968-1978-ci illərdə orta məktəbdə təhsil alub.1978-1983-cü illərdə AzNKİ-nin Geoloji-kəşfiyyat fakültəsinin “Dağ mühəndisi -geofizik” ixtisasında təhsil alıb.1983-1987-ci illərdə RF-nın Tümen Vilayətinin Yeni Urenqoy və Noyabrsk şəhərlərində mədən geofiziki ekspedisiyasında mühəndis operator, geofizik və dəstə rəisi vəzifələrində işləyib.
-1987-1989-cu illərdə AzNKİ-nin (indiki ADNSU) “Geofiziki kəşfiyyat üsulları” kafedrasında böyük laborant ;
-1989-1995-ci illərdə həmin kafedrada assistent ;
-1995-1998-ci illərdə həmin kafedrada baş müəllim ;
-1998-ci ildən “Geofizika” kafedrasında dosent vəzifəsində işləyir ;
-1993-2011-ci illərdə “Geofizika” kafedrası müdirinin müavini ;
-2011-2017ci illərdə GKF-nin dekan müavini ;
-2017-ci ildən GKF-nin dekani vəzifəsində işləyir.
Geoloji kəşfiyyat fakultəsində 6 tyutor fəaliyyət göstərir.
1.Səmədzadə Afət Əhməd qızı
2.Həsənli Könul Rəsul qızı
3.Babayev Eldar Fuad oğlu
4.Babayev Fuad Ehtiram oğlu
5.Nəsibov Ələddin Zahir oğlu
6.İbrahimova Aysel Ramiz qızı
Minerologiya muzeyi haqqında