Laboratoriya

Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi

               “Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi” kafedrası 2016-cı ilin fevral ayında iki kafedranın: “Mineralogiya, petroqrafiya və litologiya” və “Faydalı qazıntı yataqlarının işlənməsi” kafedralarının bazasında yaradılmışdır.

       “Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi” kafedrasında 060506 “Dağ-mədən mühəndisliyi” və 050508 “Geologiya” ixtisasları üzrə bakalavr və magistrlər hazırlanır.

          Kafedranın tələbələri respublikanın Çovdar qızıl mədəni, Gədəbəy və Qədir, Uğur qızıl mis mədənləri və s. kimi qabaqcıl dağ-mədən müəssisələrində tədris-tanışlıq və istehsalat təcrübələri keçirlər.

         Hazırda kafedrada  1 professor - məsləhətci, 12 dosent, 1 baş müəllim və 3 assistent çalışır. Tədris prosesinə əlavə olaraq Az.MEA-nın institutlarından aparıcı alimlər cəlb olunurlar.

       “Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi” kafedrasında kadr hazırlığı ilə yanaşı  elmi-tədqiqat işləri də aparılır.

        2016-2020-ci illərdə kafedrada “Naxçıvan çökəkliyinin bəzi faydalı qazıntı yataqlarının geologiyası və onların yeni üsullarla işlənməsinin texnologiyası” mövzusunda elmi-tədqiqat içləri aparılır.

             Hazırda kafedranın tərkibində Mineralogiya muzeyi, rentgendifraktometrik, tədris-litoloji, petroqrafik laboratoriyalar və geodeziya kabineti fəaliyyət göstərir.

            Mineralogiya muzeyi 1920-ci ildə Azərbaycan Sənaye Universitetinin Geoloji-kəşfiyyat fakultəsində təşkil edilmiş mineralogiya kabinetinin bazasında yaradılmışdır. O vaxt mineralogiya kabinetində  Azərbaycanın və bir sıra Avropa ölkələrinin yataqlarından gətirilmiş çox az sayda minerallar var idi. Ötən vaxt ərzində kabinet daima yeni-yeni minerallarla zənginləşdirilmişdir və 2017-ci ildə Azərbaycan Respublikasının Turizm və Mədəniyyət Nazirliyi tərəfindən kabinetə muzey statusu verilmişdir. Bu gün muzey dünyanın 130-a yaxın yatağından gətirilmiş və alınmış minerallarla zəngindir. Muzeyin mineral ehtiyatı 6400 nümunədən və 350-yə yaxın mineral növündən ibarətdir.

             Muzeyin təşkilində, onun yeni–yeni nümunələrlə zənginləşdirilməsində muzeyə rəhbərlik edən dos. A.M. Ağayevin müstəsna xidmətləri vardır. Muzeyin eksponatları arasında çoxlu sayda qiymətli və nadir elementlərlə zəngin mineralları vardır. Muzey mineralogiya, petroqrafiya, geokimya və digər fənlərin tədrisində mühüm əhəmiyyət daşıyır.  Muzeydə mütəmadi olaraq mineralların artımı ilə yanaşı, həm də elmi-tədqiqat işləri aparılır.

            Universitetə xarici ölkələrdən gələn qonaqlar müzeyin eksponatları ilə tanış olarkan muzeyi yüksək qiymətləndirərək onun unikal minerallarla zəngin olduğunu qonaq kitabında heyranlıqla qeyd edirlər.

        Kafedranın ABS-tn RV İnvestment LTD-nin Şirkətlər Qrupunun Beynəlxalq Mədən Əməliyyat Şirkəti, “Azinterpartlayış X” MMC, Rusiya Federasiyasının Moskva Polad və Bərk ərintilər Universiteti, Ekaterinburq Dağ-mədən - Geoloji Universiteti, Almaniyanın Frayberq Texniki Universiteti ilə əlaqələri vardır.

         Kafedranın tədrisdə fərqlənən tələbələri hər il (8 nəfər) ABMƏŞ tərəfindən ayrılmış təqaüdlə təmin edilirlər.