Laboratoriya

Neft- qaz geologiya

 

Babayev Mayis Sərkər oğlu 2019-cu ilin yanvar ayının 9-dan Neft-qaz geologiyası kafedrasına rəhbərlik edir. Geologiya-mineralogiya elmləri namizədi, dosentdir. –Telefon: İş: 498-74-55; 4-62 (daxili nömrə); E-mail: m.s.babayev@asoiu.edu.az

«Neft-qaz geologiyası» kafedrasının tarixi

050602 - Geologiya mühəndisliyi ixtisasını tədris edən «Neft-qaz geologiyası»  kafedrasının məqsədi Azərbaycan və xarici ölkələr üçün  neft-qaz geologiyasının müxtəlif istiqamətləri üzrə yüksək ixtisaslı mühəndis, bakalavr, magistr və fəlsəfə doktorları hazırlamaqdır.

Hazırda fəaliyyət göstərən «Neft-qaz geologiyası» kafedrası 1934-cü ildə təşkil olunmuşdur. Kafedraya rəhbərlik 1934-43-cü illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, professor M.V.Abramoviçə həvalə olunmuşdur.

1943-66-cı illər ərzində Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, professor Ə.Ə.Yaqubov adı çəkilən kafedraya rəhbərlik etmiş, bu illər ərzində onun rəhbərliyi ilə  bir sıra dəyərli dərsliklər və dərs vəsaitləri dərc olunmuşdur. Onun ilk dəfə azərbaycan dilində dərc etdirdiyi «Neft və təbii qaz geologiyası» dərsliyi hal-hazırda da öz əhəmiyyətini itirməmişdir. Professor Ə.Ə.Yaqubov elmi kadrların hazırlanması istiqamətində daha böyük nailiyyətlər əldə etmişdir. Onun, kafedraya rəhbərliyi dövründə 30-dan artıq elmlər namizədi hazırlamışdır.

Professor Ə.Ə.Yaqubov ilk dəfə olaraq kafedranın nəzdində «Elmi-tədqiqat laboratoriyası» yaratmış və ona 1961-66-cı illərdə rəhbərlik etmişdir. Həmin laboratoriyada aparılan elmi işlərə kafedranın müəllimləri cəlb olunmuş və əldə edilən nəticələr neft sənayesinin müxtəlif sahələrində istifadə edilmişdir.

1967-70-ci illərdə kafedraya Azərbaycan Respublikası Elmlər Akademiyasnın həqiqi üzvü, professor Ş.F.Mehdiyev rəhbərlik etmişdir. Bu dövrdə kafedrada neftçi-geoloqların və elmi kadrların hazırlanması istiqamətində böyük işlər görülmüşdür.

1970-ci ildə kafedraya Azərbaycan Respublikası Elmlər Akademiyasnın həqiqi üzvü, professor F.M.Bağırzadə rəhbərlik etmişdir.

Sonrakı illərdə kafedraya professor A.S.Hacıqasımov (1971-198I), professor Ə.Ə.Cavadov (1981-1986), professor V.Y.Kərimov (1986-1994), professor A.Ə.Kərimov (1994-2004), professor H.M.Hüseynov (2004-2012), professor V.Ş.Qurbanov (2012-2015), AMEA-nın müxbir üzvü professor B.Ə.Bağırov (1988-2016) rəhbərlik etmişlər. Qeyd etmək lazımdır ki, dərsliklərin, dərs vəsaitlərinin və kadrların hazırlanmasında kafedrada müxtəlif illərdə fəaliyyət göstərən yüksək ixtisaslı professor-müəllim heyətinin  xüsusi xidmətləri olmuşdur.

Hal hazırda  kafedrada  2 professor - məsləhətci, 12 dosent, 1 baş müəllim və 4 assistent çalışır. Kafedrada, həmçinin, elmi işlər üzərində doktorant və dissertantlar fəal çalışırlar.

Kafedrada aparılan tədris işləri ilə yanaşı  elmi-tədqiqat işləri də aparılır.

2016-2020-ci illərdə aparılacaq elmi-tədqiqat işlərinin istiqaməti :

1.“Cənubi - Xəzər hövzəsi neft-qaz yataqlarının və dərinlik çöküntü­lərinin axtarış-kəşfiyyat, sedimentoloji, geofiziki və geoloji-mədən tədqiqat üsullarının təkmilləşdirilməsi”   

 2. “Samur-Abşeron massivinin hidrogeoloji-meliorativ və mühəndisi geoloji şəraitinin formalaşma qanunauyğunluğu” müəyyən edilmişdir.

Azərbaycanda neft ve qaz yataqlarının açılmasında və istismara verilməsində Geoloji-kəşfiyyat fakültəsinin və həmçinin “Neft-qaz geologiyası” kafedrasının məzunlarının böyük xidmətlərı olmuşdur.