Laboratoriya

Geofizika

       Kafedra faydalı qazıntı ələlxüsus neft-qaz yataqlarının axtarışı və istismarının bütün mərhələlərində müxtəlif fiziki sahələrdən istifadə etməklə, riyazi aparatın və kompüter texnologiya vasitəsilə yer qabığının geoloji quruluşunu , FQY-nın yerini və  ehtiyyatını hesablayan yüksək ixtisaslı kadr hazırlığı aparılır.

      "Geofizika" kafedrası 1947/48-ci dərs ilində geoloji-kəşfiyyat fakultəsinin nəzdində yaranmışdır. Kafedranın təsis olunması faktı faydalı qazıntı və neft-qaz yataqlarının axtarış və kəşfiyyatında geofiziki metodların aparıcı rolu ilə əlaqədardır.

        Hal-hazırda kafedrada 1 akademik, 4 professor, 7 dosent və 3 assisent elmi-pedoqoji fəaliyyətlə məşğul olur.

        70 illik fəaliyyəti müddətində kafedrada 16 doktorluq və 65 namizədlik dissertasiyası hazırlanmış və müvəffəqiyyətlə müdafiə olunmuşdur. Kafedra əməkdaşlarından professorlar ardıcıl olaraq kafedra müdiri işləmişlər: S.Y.Litvinov (1952-70), İ.O.Simelzon (1970-72), H.C.Cəfərov (1972-85), R.Ə.Abdullayev (1985-91), P.Z.Məmmədov (1991- 2016), V.M. Seyidov (2016-hal-hazırda). Kafedra Respublikanın və bəzi xarici ölkələrin elmi-istehsalat idarələri və firmaları ilə sıx əməkdaşlıq edir.

      Hazırda kafedrada "Geologiya və Geofizika mühəndisliyi" ixtisası üzrə bakalavr və “Geofizika mühəndisliyi” ixtisası üzrə  magistr səviyyəsində yüksək ixtisaslı geofizik kadrlar hazırlanır.

      Kafedrada 2507.01-“Geofizika, faydalı qazıntıların geofiziki üsullarla axtarışı” ixtisası üzrə elmlər və fəlsəfə doktotları hazırlanır.