Laboratoriya

Xarici dil-2

"Xarici dil -2" - kafedrasının müdiri, dosent Əliyeva Bəyim-xanım Böyük Ağa qızı, kafedrada - 4 dosent, 6 baş müəllim, 16 müəllim və 3 tədris köməkçi heyəti çalışır.

“XARİCİ DİLLƏR-2”

“Xarici dillər-2” kafedrası 7 dekabr 2015-ci ildə yaranmışdır və hal-hazırda kafedrada xarici dilinin tədrisi 3 fənn üzrə aparılır : ingilis, fransız və rus dilləri.

 “Xarici dillər-2” kafedrasının tərkibinə 3 kafedra daxil edilmişdi:

  1.  “Xarici dillər” kafedrası
  2. “Rus dili” kafedrası
  3. Hazırlıq fakültəsinin “Dillər” kafedrası.

 

“Xarici dillər” kafedrası 1929-cu ildə fəaliyyətinə başlamışdır. Əvvəlcə kafedrada ingilis və alman dilləri, daha sonra isə fransız dili tədris edilmişdir.

“Rus dili” kafedrası 1927-ci ildən 2013-cü   ilə qədər fəaliyyət göstərirdi.

“Rus dili” kafedrası azərbaycan bölməsinin öyrəncilərinin və əsas fakültənin əcnəbi tələbələrinin rus dilini öyrənməsini təmin edirdi. Bakalavr və maqistr hazırlığı bütün fakültələrin ixtisaslarını əhatə edirdi.

“Dillər” kafedrası (əvvəlki adı “Əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsinin ” “Rus dili” kafedrası) 1961-ci ildə yaranmışdı və 7 dekabr 2015-ci ilə qədər fəaliyyət göstərmişdir.

Əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsinin “Rus dili” kafedrası əcnəbi tələbələrin mühəndis-texniki profili üzrə, 80-ci illərdən başlayaraq mühəndis-iqtisad, humanitar, tibbi-bioloji və musiqişünaslıq profilləri üzrə məşğul olmuşdur.

Müxtəlif  illərdə kafedrada təhsil alan tələbələrin sayı 600-700 nəfər arasında dəyişmişdir.

1961-ci ildən indiyə kimi kafedrada dünyanın 100 ölkəsindən 13000 nəfər əcnəbi tələbə təhsil almışdır.