Laboratoriya

Laboratoriyalar

“Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi” kafedrasında «Sedimentologiya» fənnindən elm

Bu laboratoriya ilk növbədə 1981-ci ildə Litologiya elmi-tədqiqat tədris laboratoriyası kimi ADNA-nın nəzdində «Mineralogiya, petroqrafıya və litologiya» kafedrasının tərkibində təşkil edilmişdir.

Keçmiş SSRİ vaxtında laboratoriyanın «Neft-qaz litologiyası» ixtisaslaşması üzrə litoloji kadrların hazırlanmasında önəmli rolu olmuşdur.

ADNSU-nin yaradılmasından sonra laboratoriya sedimentologiya elmi-tədqiqat- tədris laboratoriyası adı altında fəaliyyət göstərir.

Hazırda sedimentologiya elmi-tədqiqat-tədris laboratoriyasında sedimentologiyadan tədris kolleksiyası əsasında çökmə süxurların struktur və teksturu öyrənilir.

Bu gün tələbələrə beş istiqamətdə laboratoriya işləri tədris edilir:

  1. Qırıntılı süxurların qranulometrik analizi və alınmış nəticələrin qrafik interpretasiyası;
  2. Karbonatlılığın termik və Preobrejinski üsulları ilə təyini və genetik interpretasiyası;
  3. Gilli süxurlarda kolloid fraksiyasının alınması və onun pH-nın təyini;
  4. Mikroskopik üsul ilə effektiv məsaməliliyin təyini;
  5. Çökmə süxurların mineraloji tərkibinin optiki üsullarla təyini.