Laboratoriya

Laboratoriyalar

Geofizika laboratoriyası

Kafedrada praktiki dərslər seminar formasında yerinə yetirilir. Tədris zamanı geofiziki məlumatların interpretasiyası həm əl, həm də bəzi proqramlarla həyata keçirilir. Bu zaman quyu geofiziki əyrilərindən, seysmik, qravimaqnit və elekrtik kəşfiyyatlarının məlumatlarından istifadə edilir. Nəticədə, tələbələr layların sərhədlərini, süxurların petrofiziki kəmiyyətlərini, süxurtoplanma xüsusiyyətlərini, süxurların radioaktivliyini və s-ni təyin edərək, tədqiqat obyekti haqqında məlumat əldə edirlər.