Laboratoriya

Geoloji- Kəşfiyyat Fakültəsi

Laboratoriyalar

Sedimentologiya fənnindən elmi-tədqiqat və tədris laboratoriyası

Bu laboratoriya ilk növbədə 1981-ci ildə Litologiya elmi-tədqiqat tədris laboratoriyası kimi ADNA-nın nəzdində və «Mineralogiya, petroqrafıya və litologiya» kafedrasının tərkibində təşkil edilmişdir.

Keçmiş SSRİ vaxtında laboratoriyanın «Neft-qaz litologiyası» ixtisaslaşması üzrə litoloji kadrların hazırlanmasında önəmli rolu olmuşdur.

ADNSU-nin yaradılmasından sonra laboratoriya sedimentologiya elmi-tədqiqat- tədris laboratoriyası adı altında fəaliyyət göstərir.

İndi sedimentologiya elmi-tədqiqat-tədris laboratoriyasında sedimentologiyadan tədris kolleksiyası əsasında çökmə süxurların struktur və teksturası öyrənilir.

Hazırda tələbələrə beş istiqamətdə laboratoriya işləri tədris edilir:

  1. Qırıntılı süxurların qranulometrik analizi və alınmış nəticələrin qrafik

     interpretasiyası;

  1. Karbonatlılığın termik və Preobrejinski üsulları ilə təyini və genetik  

    interpretasiyası;

  1. Gilli süxurlarda kolloid fraksiyasının alınması və onun pH-nın təyini;
  2. Mikroskopik üsul ilə effektiv məsaməliliyin təyini;

Çökmə süxurların mineraloji tərkibinin optiki üsullarla təyini

Mineralogiya Muzeyi

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) fəaliyyət göstərən Mineralogiya kabineti artıq muzey statusu alıb. Azərbaycan Resbuplikası Mədəniyyət və Turizim Nazirliyinin qərarı ilən zəngin,qiymətli mineralların saxladığı və nümayiş olunduğu məkan muzey statusu alıb.

Mineralogiya Muzeyinin direktoru ADNSU-nun “Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi ” kafedrasının dosenti Ağamehdi Ağayevdir.

Muzey Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə yaşıddır. Muzeyin ilk yaradıcısı universitetin Geoloji-kəşfiyyat fakültəsinin professoru olmuş Aslan Vəzirzadədir.

Muzeydə Boliviyadan Yaponiyaya ,Qrenlandiyadan Cənubi Afrikaya kimi coğrafi ərazini əhatə edən ölkələrdən minerallar var.

        

HİDROGEOLOGİYA VƏ MÜHƏNDİSİ GEOLOGİYA LABORATORİYASI

“Hidrogeologiya və mühəndisi geologiya” laboratoriyası kifayət qədər müasir cihaz və avadanlıqlarla təchiz olunmuşdur. Laboratoriyada hal-hazırda 30-a qədər hidrogeoloji və mühəndisi-geoloji işləri yerinə yetirmək mümkündür. Qruntların məsaməlilliyinin, sıxlıqlarının parafinləmə, kəsici silindr üsulu ilə, qranulometrik tərkibin ələk, Rutkovski və s. üsullarla, plastikliyin aşağı və yuxarı hədlərinin, mexaniki xassələrinin müxtəlif üsullarla təyini dərslərdə əyani şəkildə nümayiş etdirilir. Daha mütərəqqi üsullarla laboratoriya işlərinin dəqiq yerinə yetirilməsi üçün müasir cihazlardan istifadə etmək nəzərdə tutulmuşdur.